Gənclik parkı ilə üzbəüz, dəniz panoramalı 2 otaqlı mənzil
Həzi Aslanov metrosuna 10 dəqiqəlik məsafədə, İlqar Zülfüqarov küçəsində, Gənclik parkı ilə tam üzbəüz yerləşən yeni tikili binada mənzil kirayə verilir. 15 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən bu 2 otaqlı mənzilin ümumi sahəsi 95 kvm-dir.
Açıq balkondan dənizə və şəhərə (Alov Qüllələri daxil olmaqla) gözəl mənzərə açılır.
Mənzil əla təmirlidir, taxta döşəməsi var.
Lazımi mebel və məişət texnikası ilə tam təchiz olunub (geniş yataq otağı qarderobu, rahat çarpayı, qonaq otağı mebeli, mətbəx avadanlıqları).
Gənclik parkının düz qarşısında olması asudə vaxtı keçirmək üçün ideal imkan yaradır.
Lift fasiləsiz işləyir. Uzunmüddətli kirayə verilir.
Qiymət: 700 AZN
Xidmət haqqı: 30%